CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur aparıcı Azərbaycan incisini bütün dünyaya tanıtdırdı – VİDEO

© Sputnik / Kirill Kalinnikov / Mediabanka keçidAparıcı Mixail Şirvindt
Aparıcı Mixail Şirvindt - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur rusiyalı aparıcı Mixail Şirvindt "Syedobnoye-nesyedobnoye" layihəsinin Azərbaycanda çəkilmiş dördüncü hissəsini təqdim edib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Məşhur rusiyalı aparıcı Mixail Şirvindt "Syedobnoye-nesyedobnoye" (“Yeyilən-yeyilməyən”) layihəsinin Azərbaycanda çəkilmiş dördüncü hissəsini təqdim edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Şirvindt YouTube sosial şəbəkəsindəki səhifəsində yeni videoçarxı yerləşdirib.

Layihəsinin ilk buraxılışında Bakı bazarını və Bakı həyətlərini təqdim edən aparıcı, ikinci film üçün Qəbələyə turist səfəri etmişdi. Üçüncü verilişində Şirvindt Azərbaycanın milli mətbəxindən bəhs edib və İçəri şəhəri gəzib. Dördüncü verilişdə isə o, Heydər Əliyev Mərkəzinin gözəlliklərini göstərmək qərarına gəlib.

"Buyurun, yeni Bakının yeyilməyən ən gözəl obyektlərindən biri - Heydər Əliyev Mərkəzi. Bu tikili 2014-cü ildə dünyanın ən gözəl tikilisi seçilib. Bu, müasir memarlığın balıqqulağı formasında olan incisidir. O, təkcə ölkə əhalisinin və turistlərin deyil, həm də elm adamlarının və xarici KİV-lərin diqqətini cəlb edir. Onu çəkməyə kimlər gəlməyib. Onun daxili çoxfunksiyalı və ecazkardır" - Şirvindt deyib.

Bakıda olarkən aparıcı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən açılmış rus rəssam Aleksey Beqovun "Yer və səma" sərgisində iştirak edib. Şirvindt öz çarxında Leyla Əliyevaya həmvətənlisinin ekspozisiyasını yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür edib.

Evə qayıtmamışdan qabaq aparıcı öz doğmalarına bəzi ərzaq məhsullarını almaq üçün Bakı bazarına yenidən baş çəkib. O, göyərti, sumax, narşərab alıb və onun üçün hazırlanmış reyhan kompotunun dadına baxıb. O, bütün bunlara görə nəzərdən uzaq olmaq üçün bazarda yandırılan üzərliyin tüstüsünü iyləyib.

Xəbər lenti
0