Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Professor: "İctimai nəqliyyatda vərəm yayıla bilər"

© Photo : BNA133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək - Sputnik Azərbaycan
Abunə olmaq
İctimai nəqliyyatda, insanların daha sıx olduğu yerlərdə vərəmin yayıma riski daha yüksəkdir

BAKI, 19 dekabr — Sputnik. Türkiyəli professor Sərdar Kalemci qapalı və sıx yerlərdə bir sıra xəstəliklərin yayılma riskindən danışıb.

Sputnik Azərbaycan–ın Türkiyə mediasına istinadən xəbərinə görə, S.Kalemci belə soyuq aylarda qriplə yanaşı ən təhlükəli xəstəliklərdən biri hesab edilən vərəmin də yayılma riskinin yüksək olduğunu bildirib: "Günəş şüaları vərəm mikroblarını qısa müddətdə öldürə bilir. Bu səbəbdən açıq havada vərəmin yayılma riski nisbətən aşağıdır. Lakin açıq hava məkanlarından fərqli olaraq qapalı yerlərdə xəstəliklərin yayılma ehtimalı daha yüksək olur. Qriplə yanaşı vərəm xəstəliyi də belə qapalı mühitldə rahatlıqla yoluxa bilər. Bəzən bu xəstəlik özünü 1 aya, 1 ilə, bəzən də 10 ilə göstərə bilir".

Həkimin sözlərinə görə, bu xəstəlik əşyalar vasitəsi ilə deyil, hava axını vasitəsi ilə yayıla bilər.

Xəbər lenti
0