Müsəlman və yəhudi dövlətlərinin gizli yaxınlaşma planı iflasa uğrayıb

CC0 / edu_castro27 / Israeli flagİsrail bayrağı, arxiv şəkli
İsrail bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qaşıqçının qətlinə verilən beynəlxalq reaksiyalar və Səudiyyə Ərəbistanında vəzifədən çıxarılmalar vəliəhd şahzadənin rəqibləri arasında manevr imkanlarını daraldıb

BAKI, 19 dekabr — Sputnik. "ABŞ tərəfindən dəstəklənən və gizli aparılan Səudiyyə Ərəbistanı ilə İsrailin yaxınlaşması jurnalist Camal Qaşıqçı cinayətindən sonra iflasa uğrayıb".

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel - Sputnik Azərbaycan
ABŞ-dan açıq etiraf: "Camal Qaşıqçı Səudiyyə şahzadəsinin əmri ilə öldürülüb"

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat ABŞ-ın "The Wall Street Journal" qəzeti yazıb. "Jurnalistin qətlindən sonra Səudiyyə Ərəbistanın gizli şəkildə İsraillə yaxınlaşması zəiflədi" başlıqlı xəbərdə, get-gedə yaxınlaşmanın iflasa uğradığı qeyd olunub.

Bildirilib ki, gizli yaxınlaşma vəliəhd şahzadə Məhəmməd bin Salmanın iki yaxın məsləhətçisi tərəfindən aparılırmış. Qaşıqçı cinayətindən sonra şahzadə bu iki məsləhətçini vəzifədən çıxarıb.

Nəşrin yazdığına görə, Qaşıqçının qətlinə verilən beynəlxalq reaksiyalar və Səudiyyə Ərəbistanında vəzifədən çıxarılmalar vəliəhd şahzadənin rəqibləri arasında manevr imkanlarını daraldıb: "Və uzun illər düşmən olaraq görülən İsrail ilə təmas qurmaq kimi riskli xarici siyasət təşəbbüslərində də istəkləri azaldıb".

Səudiyyə Ərəbistandan yüksək səviyyəli rəsminin sözlərinə görə, Qaşıqçı cinayətindən sonra işlər yavaşlayıb. Hazırda Krallıq İsrail ilə yaxınlaşmanın ortaya çıxmasını istəmir.

Yazıda deyilir ki, Səudiyyə liderləri İsrail ilə əlaqələri gizli saxlayır: "Keçən il İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri Yossi Koen bir neçə dəfə səudiyyəli rəsmilərlə bir araya gəlib. Hələ də İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında mütəmadi olaraq İran və müştərək təhdidlər ilə bağlı kəşfiyyat məlumatları aparılır".

Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu da Qaşıqçı cinayəti ilə bağlı vəliəhd şahzadəyə dəstək verən azsayda liderlər sırasına qoşulub. Netanyahu Səudiyyə Ərəbistanındakı qeyri-sabitliyin regionu və dünyanı təhlükəyə atacağını iddia etmişdi.

Xəbər lenti
0