Ərdoğan Suriya ilə bağlı sensasion bəyanat verdi

© AP PhotoTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Konyada çıxışı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Konyada çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Suriyanın bütün ərazisini terrorçulardan azad edəcək və bütün yaraqlıları məhv edəcək

BAKI, 17 dekabr — Sputnik. “Əgər Birləşmiş Ştatlar özünü Türkiyənin strateji tərəfdaşı hesab edirsə, onda Suriyada YPG/PKK terrorçularının təhdidlərinin aradan qaldırılması üçün real addımlar atmalıdır”. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə ordusu Suriya sərhədində - Sputnik Azərbaycan
Türkiyə qoşunları Suriya sərhədinə çatdı

O, bildirib ki, Suriya məsələsini ABŞ prezidenti Donald Trampla müzakirə edib: "Trampla danışmışam. Terrorçular Fərat çayından şərqə getməlidirlər. Əksə halda Türkiyə onları bunu etməyə məcbur edəcək. Terrorçuların Suriyada fəaliyyəti Türkiyəni narahat edir".

Onun sözlərinə görə, əməliyyat 500 kilometr uzunluğu olan Suriya – Türkiyə sərhədinin istənilən hissəsində baş verə bilər. Ankara eyni zamanda ABŞ hərbçilərinə zərbə vurmamağa çalışacaq.

Ərdoğan xatırladıb ki, ötən həftə Türkiyə rəsmi olaraq yaxın vaxtlarda Fərat çayından şərqdə yerləşən Suriya vilayətlərində əməliyyat başlaya biləcəyini açıqlayıb: "Bu məsələ Ağ Ev rəhbəri ilə müzakirə olunub. Vaşinqton Ankaranın planlarına müsbət yanaşıb. İndi isə biz təşəbbüslərimizi həyata keçiririk. Türkiyə Suriyanın bütün ərazisini terrorçulardan azad edəcək və bütün yaraqlıları məhv edəcək".

Xəbər lenti
0