CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Deputatlar dövlət başçısını qorumalıdırlar"

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov: "Onlar nə mill azadlıq hərəkatında olub, nə döyüşlərdə iştirak edib, nə xalqın taleyüklü məsələrində fəaliyyət göstəriblər"

BAKI, 18 dekabr-Sputnik. "Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar. Biz addımımızı geri qoyduqca, onlar bir az da məsələnin üzərinə gəlirlər".

Siyavuş Novruzov - Sputnik Azərbaycan
Siyavuş Novruzov: "Azərbaycanı istəməyən qüvvələr aranı qatmağa çalışırlar"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. İnternet üzərindən yayımlanan televiziya kanalları, saytlar açdıqda dövlət quruculuğunda, inkişafında, ölkənin təhlükəsizliyinin, ictimai-siyasi sabitliyinin qorunmasında, dövlətimizin qurucusu Ümummilli lider haqqında olmazın təhqiramiz fikirlərini söyləyirlər. Biz niyə susmalıyıq?".

Komitə sədri bildirib ki, bir qrup deputat onlara cavab verməklə onların səviyyəsinə düşəcəyimizi deyir: "Bu mahnını 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bir bəhanı ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər biri təhqir olunur. Onlara cavab vermək 3-5 adamın adına yazılmayıb. Ziyalı, alim, akademik, sıravi deputatların hər biri onlara cavab verməli, dövlət başısını, Ümummilli lideri qorumalıdır".

"Biz onları başlı-başına buraxmışıq. Onlar nə mill azadlıq hərəkatında olub, nə döyüşlərdə iştirak edib, nə xalqın taleyüklü məsələrində fəaliyyət göstəriblər. Müxtəlif bəhanələrlə aradan çıxıb, gedib xaricdə, orda-burda oturub Azərbaycan haqqında təxribat aparırlar" - deputat vurğulayıb.

Üzünü hüquq-mühafizə orqanlarına tutan S.Novruzov söyləyib ki, bir aylıq monitorinq aparıb, aidiyyatı strukturların qarşısına qoyun: "Sual verin ki, sizin ölkəmizdə dövlət çevrilişinə çağırış, silahlanılmaqla bağlı fikir söylənilsə, dövlət başçıları təhqir edilsə, nə edərdiniz? Almaniyada, Fransada dövlətə qarşı məqalə və yazı yazan biri gecə ilə həbs edilir. Amma Azərbaycan əleyhinə bu qədər çağırış edilir. O zaman niyə onları bəsləyirsiniz? Hüquq mühafizə orqanları İnterpola konkret sənədlər təqdim etməlidir".

"Hüquqi demokratik mübarizədən söhbət gedirsə, gəl mübarizəni apar: "Bu gün Azərbaycan kifayət qədər siyasi partiyalar var ki, onlar qanun çərşivəsində mitinq keçirir, etirazını edir. Demokratik mübarizənin yolu budur. Antidemokratik mübarizənin yolu isə hüquq mühafizə orqanlarından keçir. Bu məsələ ciddi şəkildə həll olunmalıdır ki, başqaları onlara qoşulmasın. Deputatlar da bu məsələlərə mövqeyini bildirməlidir. Əgər onlar dövləti təhqir edirsə, bu bütün millət vəkillərinə də aid edilir" - deputat qeyd edib. 

Заместитель исполнительного секретаря правящей партии Ени Азербайджан (ПЕА) Сиявуш Новрузов - Sputnik Azərbaycan
Siyavuş Novruzov: “Onların bəyanatını aeroporta tullamaq lazımdır..."

Siyavuş Novruzov, həmçinin vurğulayıb ki, Rusiyada yaşayan bəzi azərbaycanlılar dövlət başçısının, Milli Məclisin apardığı işi, dostluq münasibətləri ilə bağlı atdığı addımları öz adlarına çıxırlar: "Hansı ki barmağı barmaq üstünə qoymayıblar... O adamlar indiyədək heç bir iş görməyiblər. Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi göstərmək istəyirlər".

"Biri var heç tanımıram, professordur-nədir, bilmirəm, az qala, hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub... O adamın Rusiya mediasında Azərbaycanla bağlı yarım səhifəlik yazısı çıxıbmı? O, Rusiyada Azərbaycan diasporunun qeydiyyata alınmamasını Milli Məclisin üzərinə atır. O, özü heç bir işlə məşğul olmur. Azərbaycan Milli Məclisinin nümayəndələri zaman-zaman Rusiyada mühüm tədbirlər keçirəndə, sən harada idin? O, iddia edir ki, deputatlar onun fəaliyyətindən xəbərsizdirlər. Parlament kimin nə iş gördüyünü yaxşı görür və qiymətləndirir. Rusiya ilə ən yaxşı dostluq münasibətləri prezidentlər, xalqlar və parlamentlər arasındadır. Burada kimsə su bulandırmağa cəhd göstərməsin" – deyə deputat əlavə edib.

Xəbər lenti
0