Ölüm ayağında sevgilisi ilə nişanlandı - FOTO

CC0 / Pexels / BrideBəy və gəlin
Bəy və gəlin - Sputnik Azərbaycan
Abunə olmaq
İki il əvvəl Kvonun xərçəng xəstəsi olduğu məlum olub.

BAKI, 18 dekabr — Sputnik. Ölümcül xəstə olan kişi xəstəxana otağında sevgilisi ilə nişanlanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Sinqapurda həkimlər xərçəng xəstəsinə sevgilisi ilə nişanlanmağa kömək edib.

Onlayn mağaza sahibi, 58 yaşlı Pan Min Kvon dekabrın 15-də xəstəxanadan çıxmadan sığorta şirkətinin rəhbəri olan 49 yaşlı sevgilisi Ko So Xuanla xəstəxanada nişanlanıb. Mərasimdə 50 nəfərə yaxın qonaq iştirak edib.

Kvon noyabrın 9-dan xəstəxanada müalicə alır. O xəstəxanaya yerləşdirilən zaman tibb bacılarına bildirib ki, sevgilisi ilə nişanlanmaq istəyir. Noyabrın 17-də o, Xuana evlilik təklif edib. Mərasim dekabrın ortalarına təyin edilib.

Xəstəxananın işçiləri qeyd ediblər ki, Kvon nişan mərasimini səbirsizliklə gözləyirmiş. Tibb bacıları xəstəxananı hava şarları ilə bəzəyib, xəstəxananın aşpazı isə onlar üçün tort bişirib.

© LentaSinqapurda xəstəxanada xərçəng xəstəsinin sevgilisi ilə nişanlanması
Ölüm ayağında sevgilisi ilə nişanlandı - FOTO - Sputnik Azərbaycan
Sinqapurda xəstəxanada xərçəng xəstəsinin sevgilisi ilə nişanlanması

Cütlük 8 ildir ki, görüşür.

"Biz demək olar ki, hər bazar günü görüşürdük. O mənə hər gün zəng edirdi. Biz ikimiz də çox məşğul idik. Ancaq o həmişə deyirdi ki, birgə keçirdiyimiz zamanlar onun üçün dəyərlidir" – deyə Xuan bildirib.

İki il əvvəl Kvonun xərçəng xəstəsi olduğu məlum olub. Ancaq bu onların münasibətlərinə mane olmayıb. İndi qadın bütün boş zamanını sevgilisi ilə keçirməyə çalışır.

Xəbər lenti
0