Milli Məclisin bəzi komitələrinin səlahiyyəti artırılıb 

Abunə olmaq
Layihə müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib

BAKI, 18 dekabr - Sputnik. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bu layihəyə baxılıb.

Layihəyə görə, bundan sonra parlamentin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.

Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.

Layihə müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Xəbər lenti
0