BAKI, 18 dekabr — Sputnik. İranın paytaxtı Tehranda sabiq hərbçilər aksiya keçirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hərbçilər təqaüdlərinin artırılmasını tələb edirlər.
Belə ki, İranda ehtiyatda olan bir qrup hərbçi parlamentə gələrək, müvafiq dəyişikliyinin 2019-cu il üçün dövlət büdcəsi və vergi məcəlləsinə şamil edilməsini tələb edib.
Qeyd edək ki, bu gün İran parlamenti vergi məcəlləsinə dəyişiklikləri müzakirə edəcək.