Sarqsyan təklənir: Eyni vaxtda 7 min istefa

Abunə olmaq
"Karapetyanla yanaşı ona görə partiyaya üzv olan daha 7 min insan da partiyanı tərk etmək qərarına gəlib"

BAKI, 18 dekabr — Sputnik. Ermənistanın sabiq baş naziri və Respublika Partiyasının sədr müavini Karen Karapetyan partiya sıralarını tərk edib. Onunla bərabər enerji sektorunda çalışan 7 də analoji addımı atıb.

Bu barədə Sputnik Ermənistan "Hraparak" nəşrinə istinadən xəbər verir. "Karapetyan hesab edir ki, onun partiya yoldaşları ona qarşı mövqe tutublar və Serj Sarkisyanın rəhbərlik etdiyi hökumət onlara pis davranıb" - deyə nəşr yazır.

Karapetyan Respublika Partiyasının sıralarını tərk etməklə bağlı qərarını elan edib: "Karapetyanla yanaşı ona görə partiyaya üzv olan daha 7 min insan da partiyanı tərk etmək qərarına gəlib".

Xəbər lenti
0