BAKI, 18 dekabr - Sputnik. Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılıb. Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, Heydər Əliyev prospektindən mərkəzə gələn tərəf, tamamilə, bağlanıb.
Bu səbəbdən də yolda böyük tıxac yaranıb. Artıq bir saata yaxındır ki, sürücülər hərəkətsiz vəziyyətdə dayanmağa məcbur olublar.
Dövlət Yol Polisinin əməkdaşları sürücüləri məcburi şəkildə Dərnəgül yoluna yönləndirir. Narazılığa səbəb olmuş xoşagəlməz vəziyyətlə bağlı isə onlara heç bir rəsmi məlumat verilmir.