BAKI, 18 dekabr - Sputnik. Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.
Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, açılış mərasimində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport veriblər.
Dövlətimizin başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib.
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Rafiq Quliyev öz adından və hərbçi yoldaşları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.