Molla Mustafa həbs olunduqdan sonra onun ailəsinə və nəslinə qarşı çox güclü, amansız repressiya başlayıb. Nuxa şəhərinin yuxarı hissəsində, Xan məscidi yerləşən yerin yaxınlığında və Baş Göynük kəndində Qaraqamış-Dəvəyatan yolunun üstündə, o dövrdə 4 illik "şkol" adlanan məktəbin yaxınlığında quyu qazılıb. Başqa günahsız insanlarla birlikdə Molla Mustafanın qohumları və ailə üzvləri də güllələnərək həmin quyuda basdırılıb.
Səksən səkkiz il əvvəl baş vermiş üsyan - Azərbaycanın şərəf tarixi >>
Təəssüf ki, bizim qanla yazılmış tariximizin ən tutarlı sübutu olacaq həmin quyu kol-kosların içində itib-batıb.
1972-ci ildən bu günə kimi Şeyxzadə Mustafanın yurdunda yaşayan Qədimli babasının adının tarixdən silinməsindən narahatdır. Qədimlinin ən böyük arzusu həmin ərazini kol-koslardan təmizləyib, o toplu məzarı dünyaya tanıtmaqdır.