Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 17 dekabr — Sputnik. Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Rayon sakinləri - 2005-ci il təvəllüdlü Əliyeva Fatma Saleh qızı və kiçik bacısı, 2008-ci il təvəllüdlü Əliyeva Gülay Saleh qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İki bacının reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Həkimlərin bildirdiyinə görə, hər ikisinin vəziyyəti kafidir. Hadisəyə səbəb vanna otağında dəm qaz sızması olub. Faktla bağlı araşdırma aparılır.