BAKI, 17 dekabr — Sputnik. “Moskva və Yerevan Ermənistan ərazisində xarici ölkələrin hərbçilərinin olmamasına zəmanət verən sənədin hazırlanması prosesini yekunlaşdırır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov "Komsomolskoe Pravda" radiostansiyasının efirində bildirib.
"Ermənistanda xarici ölkələrin hərbçilərinin olmamasına zəmanət verən sənədin hazırlanması prosesini yekunlaşır. Orada edilənlər hər hansı bir təhdid və risklərin olmaması zəmanəti baxımından şəffaf olacaq" – deyə Lavrov qeyd edib.