Kanadada çox nadir qiymətli daş tapıldı

© AP Photo / Anja Niedringhausİsveçrə çəhrayı almazı
İsveçrə çəhrayı almazı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu bahalı daşı sübut edir ki, almaz formalaşandan tapılana qədər nə qədər böyük yol keçir.

BAKI, 16 dekabr — Sputnik. Kanadada Diavik mədənində böyük sarı almaz tapılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu Şimali Amerikada tapılan ən böyük almazdır.

Məlumata görə, almazın çəkisi 552 karat, ölçüsü isə 33,74 mm - 54,56 mm-dir.

Bu bahalı daş sübut edir ki, almaz formalaşandan tapılana qədər nə qədər böyük yol keçir.

Daha əvvəl İsveçrədə nadir çəhrayı brilyant satıldığı qeyd edilirdi.

Xəbər lenti
0