CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaponiya Çin texnologiyalarını ölkəyə buraxmamağa çalışır

© AP Photo / Mark SchiefelbeinHuawei P20 smartfonu
Huawei P20 smartfonu - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiyada dörd şirkət - “NTT Docomo”, “KDDI”, “SoftBank” və “Rakuten” şirkətləri 5 G şəbəkəsinin operatoru olmağı planlaşdırır

BAKI, 16 dekabr - Sputnik. Yaponiya hökuməti mobil şəbəkələrin operatorları üçün ultra-sürətli 5G formatlı telekommunikasiya tezliklərinin bölünməsi zamanı ilk növbədə təhlükəsizlik məsələsinin nəzərə alınacağı barədə xəbərdarlıq yayıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya Rabitə Nazirliyi gələn ilin martında 5G şəbəkələr üçün tezliklərin ayrılmasını planlaşdırır.

Mütəxəssislərin bildirdiyinə görə, hökumət tərəfindən müəyyən edilən qaydalar şəkilində yayılan bu xəbərdarlıq yapon mobil operatorların öz yeni şəbəkələrində Çinə məxsus telekommunikasiya avadanlığından istifadə olunmasına qarşı yönəlib. Həmin qaydalarda şəbəkənin planlaşdırılması və avadanlığın alınması zamanı təhlükəsizlik və etibarlılıq əsas şərt kimi irəli sürülür. Bu qaydalar Çinin IT nəhəngləri olan “Huawei” və “ZTE” şirkətlərini yapon bazarına buraxmamaq məqsədi daşıyır.

Yaponiyada dörd şirkət - “NTT Docomo”, “KDDI”, “SoftBank” və “Rakuten” şirkətləri 5 G şəbəkəsinin operatoru olmağı planlaşdırır. Onlar avadanlığın alınması zamanı hökumətin təyin etdiyi yeni qaydalara əməl edəcəklərini bildiriblər.

Xəbər lenti
0