Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pərviz Şahbazov: “Hasilatın azaldılması qərarı vaxtında qəbul edildi”

© Photo : Azerbaijan Students NetworkPərviz Şahbazov
Pərviz Şahbazov - Sputnik Azərbaycan
Abunə olmaq
Energetika naziri Pərviz Şahbazov deyir ki, neft bazarındakı mövcud ehtiyatlar azaldıqca “qara qızıl”ın qiyməti də artacaq
Pərviz Şahbazov: “Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək”

Neft istehsalının azaldılması çox vaxtında qəbul olunmuş qərar idi. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov deyib.

“Ötən həftə Vyanada OPEC və OPEC+ ölkələrinin birgə iclası keçirildi və neft bazarına dair qərarlar qəbul olundu. Ümumilikdə iştirakçı ölkələr sutkalıq hasilatın 1,2 milyon barrel azaldılmasına qərar verdilər. Sözsüz ki, bu qərar çox vaxtında qəbul edilmiş qərar oldu. Heç şübhə yoxdur ki, bu qərar bazara müsbət təsir göstərəcək və bazarı balanslaşdıracaq. Neft bazarındakı mövcud ehtiyatlar azaldıqca “qara qızıl”ın qiyməti də artacaq. Sözsüz ki, bu da öz növbəsində neft sənayesinin inkişafına səbəb olacaq. Azərbaycan isə gündəlik neft hasilatının 20 min barrel azaldılması üzrə öhdəlik götürüb. Gələn ilin ilk 6 ayını nəzərdə tutan bu qərar çərçivəsində çalışacağıq ki, öhdəliyi yerinə yetirək”, - deyə nazir bilirib.

Xatırladaq ki, dekabrın 7-də Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib.

Energetika nazirinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0