Bu dəfə məşhur Azərbaycanlı müğənni və bəstəkar “Bumeranq 2018” yeni solo proqramı ilə dinləyicilərini görüşünə gəlib. EMIN həm hamı tərəfindən sevilən məşhur hitlərini, həm də tamamilə yeni kompozisiyalarını ifa edib. Konsertin baş tutduğu Heydər Əliyev Sarayında isə bircə yer belə boş qalmayıb.
Hər ifasından sonra EMIN ona yaxınlaşan dinləyiciləri ilə bir-bir selfi çəkdirib. Balacalar isə gecənin xüsusi qonağı olub, belə ki, ifaçı onlara yeç vaxt “yox” deyə bilmədiyini etiraf edib.
Bu, artistin yeganə konserti olmayacaq. Belə ki, onun fanatları onu həm də Dekabrın 15-i dinləyə biləcəklər. Konsert 20:00-da baş tutacaq.