Müdafiə Nazirliyi DSX ilə bağlı məsələyə aydınlıq gətirdi

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi DSX-nin Qazax və Ağstafada düşmənlə təmas xəttinə nəzarət etmələri məsələsinə aydınlıq gətirib

BAKI, 15 dekabr - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttinə Dövlət Sərhəd Xidmətinin bölmələrinin nəzarət etmələri məsələsinə aydınlıq gətirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, dövlət sərhədinin bu hissəsində, əməliyyat şəraiti baxımından nisbətən sabit və düşməndən 2000 metrədək uzaqlıqda yerləşən postlar Dövlət Sərhəd Xidmətinin bölmələrinə təhvil verilib.

"Eyni zamanda Müdafiə Nazirliyi bölmələrinin döyüş təcrübəsi nəzərə alınaraq, onlar hazırda Qazax və Ağstafa rayonlarının sərhəd xəttində ağır silah və döyüş texnikası ilə sərhədçilərə dəstək göstərir. Qeyd edək ki, sərhəd xəttinin qarşı tərəfində Ermənistan Daxili İşlər Nazirliyinin polis dəstələri növbə çəkir. 2016-cı ilin aprel döyüşlərində sərhədçilərin iştirakına gəlincə isə həmin dövrdə düşmənə qarşı aparılan əks-həmlə əməliyyatlarında Azərbaycan Ordusunun cəmi 18 faiz şəxsi heyəti iştirak edib və Dövlət Sərhəd Xidmətinin 6 nəfər hərbçisi arxa cəbhədə olmaq şərtilə texniki dəstək məqsədilə əməliyyata qatılıb. Bu barədə beynəlxalq qurumlara da məlumat verilib", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti
0