Rusiya Türkiyənin planlaşdırdığı əməliyyata münasibət bildirdi

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidОфициальный представитель министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве
Официальный представитель министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
O, Rusiyanın Türkiyə ilə Suriya məsələsində hər sahədə əlaqədə olduqlarını vurğulayıb

BAKI, 14 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin Suriyanın şimal-şərqində, Fərat çayının şərq sahilində planlaşdırdığı əməliyyata münasibət bildirib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, rusiyalı sözçü Türkiyənin planlaşdırdığı əməliyyatla bağlı deyib: "Anti-terror əməliyyatların həyata keçirilməsi, o cümlədən Suriya ilə bağlı bütün məsələlərdə türkiyəli tərəfdaşlarımızla əlaqələri davam etdiririk".

O, Rusiyanın Türkiyə ilə Suriya məsələsində hər sahədə əlaqədə olduqlarını vurğulayıb.

Zaxarova bəzi məsələlərdə Türkiyə ilə Rusiyanın mövqeyinin yaxın olduğunu, digər mövqelərdə də yaxınlaşmağa çalışdıqlarını söyləyib.

Xəbər lenti
0