CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə yeni dövlət Səhmdar Cəmiyyəti yaradıldı

Abunə olmaq
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək

BAKI, 14 dekabr — Sputnik. Prezident İlham Əliyev dekabrın 14-də “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərman imzalayıb.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İlham Əliyev tanınmış sənətkarla bağlı sərəncam imzaladı

Sputnik Azərbaycan xəbər verir ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Fərmanda qeyd olunur ki, Cəmiyyət “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir. Onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinə keçir.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarını müəyyənləşdirməli və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti bu fərmandan irəli gələn məsələləri həll edəcəklər.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və normativ xarakterli aktları bu fərmana uyğunlaşdırılmalıdır.

Xəbər lenti
0