BAKI, 14 dekabr — Sputnik. "Yandex" Petro Poroşenkonun ölüm tarixini müəyyən edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Yandex" axtarış sistemi Ukrayna prezidenti Petro Poroşenkonu artıq "dəfn edib".
Bu, Twitter istifadəçilərinin diqqətini çəkib.
Mikroblogerlərdən biri ölkə başçısının soyadını axtarış sisteminə vurduğu zaman "Yandex"-in avtomatik olaraq onu Vikipediyaya yönləndirdiyini, burada isə onun ölüm tarixinin qeyd olunduğunun fərqinə varıb. Poroşenkonun ölüm tarixi 11 dekabr kimi göstərilib.
Amma yanlışlıq artıq düzəldilib və hazırda Vikipediyada Poroşenkonun ölüm tarixi görünmür.