Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ər WhatsApp yazışmasına görə arvadına 11 bıçaq zərbəsi vurdu

© Sputnik / Anar MustafayevМессенджер WhatsApp на экране смартфона, фото из архива
Мессенджер WhatsApp на экране смартфона, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kişi bıçaqla qayınatasının evinə girib və orada arvadına 11 zərbə endirib.

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Yevlax rayon sakini iki uşağı həyətdə oynayarkən, bıçaqla qayınatasının evinə girərək öz arvadını xüsusi amansızlıqla qətlə yetirib. O, bu hərəkətini qısqanclıqla izah edib.

Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycanlı keçmiş polis Rusiyada qətl törətdi

Bu barədə Sputnik Azərbaycan-a Yevlax rayonunun hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Dekabrın 13-də Yevlax rayonunun "Meyvəçilik" sovxozu deyilən ərazisində əslən Kəlbəcərdən olan məcburi köçkün, Məmmədabad kəndinin sakini S.S. 30 yaşlı həyat yoldaşı V.S.-ya 11 bıçaq zərbəsi endirib.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, insident S.S.-nin qayınatasının evində baş verib. Araşdırma zamanı məlum olub ki, cütlüyün arasında mübahisə baş verib. Bu səbəbdən də V.S. uşaqlarını götürərək yaşamaq üçün valideynlərinin yanına qayıdıb.

Kişi bıçaqla silahlanaraq qayınatasının evinə gedib və ora çatar-çatmaz arvadına hücum edib. Qadın qatilin əlindən gizlənmək üçün qonşu otağa qaçıb. Lakin bu cəhd işə yaramayıb. Hətta qadının valideynləri belə, gözü dönmüş yeznəni dayandıra bilməyiblər. Ailənin uşaqları bu zaman həyətdə oynayırmış. Ona görə də, atalarının anaları ilə necə haqq-hesab çəkdiyini görməyiblər.

İlkin dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, onunla arvadı arasında münaqişə qadının WhatsApp mobil tətbiqindəki yazışması səbəbindən yaranıb. O, qadının başqa bir kişi ilə əlaqə saxladığından şübhələnib. Lakin bu faktı sübut edə bilməyib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, S.S. və V.S. orta təhsillərini başa vurmayıblar. Onlar mal-qara saxlamaqla məşğul olublar və bununla dolanıblar. Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Qeyd edək ki, son illər Azərbaycanda sosial şəbəkələr və mobil tətbiqlər dəfələrlə ailə dramının baş verməsinə vəsilə olub.

Xəbər lenti
0