CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda hava proqnozunu yeni üsulla təyin edəcəklər

© Sputnik / Murad OrujovВетроуказатель, фото из архива
Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dopler Radar Müşahidə Sistemindən dünyada geniş istifadə olunur

BAKI, 14 dekabr — Sputnik. "Gələn ildən Azərbaycanda hava proqnozlarını dəqiq müəyyən edəcək Dopler Radar Müşahidə Sistemi tətbiq olunacaq".

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Dopler Radar Müşahidə Sistemindən dünyada geniş istifadə olunur: "Bu sistem qısa müddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək. Təxminən, beş saat öncədən dəqiqliklə deyə biləcəyik ki, şəhərin hansısa bir hissəsində yağış müşahidə olunacaq, ya yox. Bu günə kimi, bu dəqiqliyi demək çətin idi. Çünki bizdə mövcud olan cihazlar bu dəqiqliyi deməyə imkan vermirdi. Sistemin ölkəyə gətirilməsi gələn ilə nəzərdə tutulub".

Umayra Tağıyeva qeyd edib ki, Dopler Radar Müşahidə Sistemi kifayət qədər vəsait tələb edir: "Bu sistemin əhatə radiusı 200 kilometri əhatə edir. Azərbaycanda azı üç radarın fəaliyyət göstərməsi vacibdir. Mütəxəssislər tərəfindən sistemin yeri müəyyən ediləcək. Gələcəkdə də bu iş mərhələli şəkildə davam edəcək".

Xəbər lenti
0