Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin: “Hər bir azərbaycanlı dəstəyimə ümid edə bilər”

© Sputnik / Murad OrujovНародный артист Азербайджана Эмин Агаларов
Народный артист Азербайджана Эмин Агаларов - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur müğənni əmindir ki, gələn il daha məhsuldar olacaq, çünki möhtəşəm planları var

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov dekabrın 14-də Heydər Əliyev Sarayının səhnəsində keçirilən konsertindən əvvəl Sputnik Azərbaycan-ın müxbirinin suallarını cavablandırıb. O, müsahibəsində yaradıcılıq planlarından bəhs edib.

- Emin, bu günlərdə doğum gününüzü qeyd etdiniz və iki günlük konsertlə fanatlarınıza möhtəşəm hədiyyə verdiniz. Bəs özünüzün özünüzə hədiyyəniz nə oldu?

- Mənim üçün ən əziz hədiyyə hər il dekabrda Moskvada, Sankt-Peterburqda və Bakıda keçirilən konsertlərimdir. Bu konsertlər mənə bütün yaxınlarımı, dostlarımı, qohumlarımı, sinif yoldaşlarımı toplamağa imkan verir. Bir sözlə, sevdiyim bütün insanları. Onlar Amerikadan, Avropadan, Azərbaycandan və digər ölkələrdən gəlirlər. Biz təkcə konsertə deyil, eləcə də adətən çıxışımdan sonra baş tutan gecəyə toplaşırıq. Konsert bütün dünyaya səpələnmiş sevimli dostlarımı bir yerə yığmaq üçün bəhanədir. Onları görmək mənim üçün böyük hədiyyədir.

© Sputnik / Murad OrujovAzərbaycanın Xalq artisti Emin Ağalarov
Emin: “Hər bir azərbaycanlı dəstəyimə ümid edə bilər” - Sputnik Azərbaycan
Azərbaycanın Xalq artisti Emin Ağalarov

- 2018-ci il sizin üçün çox məhsuldar oldu. Bəs hansı hadisəni ən əsas sayırsınız?

- Həm yaradıcılığımda, həm də şəxsi həyatımda bir çox hadisə baş verdi. Onlardan biri yayda baş tutan “Jara” beynəlxalq musiqi festivalıdır. Bu konsert yaddaşımda həkk olundu. Güman edirəm ki, təkcə mənim yaddaşıma həkk olunmayıb. Festival Rusiyanın Birinci kanalında baxışlara görə bütün reytinqləri qırdı. Bildiyiniz kimi, iyul ayında mənim toyum olub. Bu hadisə də həyatımda böyük hadisələrdən biri sayılır. Bundan başqa, mənim “Göylər qorxmurdu” (“Небо не боялись”) albomum çıxdı. O, çox uğurlu oldu. Alboma bir çox mahnılar, o cümlədən Maksim Fadeyevin yazdığı “Mənim Azərbaycanım” mahnısı daxildir. Çoxlu sayda televiziya layihələri oldu, “Jara” adı altında mükafat, telekanal, radio, leybl buraxdıq. Ümid edirəm ki, gələn il də belə məhsuldar olacaq.

- Niyə yeddi günlük “Jara” festivalı keçirməkdən imtina etdiniz?

- Biz həqiqətən də dörd günə sığmırıq və mən müsahibəm zamanı sadəcə dedim ki, yəqin hamıya yer verə bilməyimiz üçün “Jara” bir həftə davam etməlidir. Amma mənim üçün bir həftə çox çətin olacaq. Çünki mən onsuz da bu dörd gün ərzində hər dəfə üç il qocalıram. Festival çox böyük stressdir, böyük məsuliyyətdir və ən əsası, Bakıda dörd gün küləyin olmaması çox nadir hallarda baş verir. Bizim hər il hava ilə bağlı bəxtimiz gətirir. Amma bu müddət bir həftə olsa, biz sadəcə küləkdən qoruna bilmərik.

© Sputnik / Murad OrujovAzərbaycanın Xalq artisti Emin Ağalarov
Emin: “Hər bir azərbaycanlı dəstəyimə ümid edə bilər” - Sputnik Azərbaycan
Azərbaycanın Xalq artisti Emin Ağalarov

- Bu il festivalda hansısa gözlənilməz sürprizlər, yeniliklər olacaqmı?

- Festivalın dörd günü bizdə bu ardıcıllıqla davam edir: birinci gün qala gecə - açılışdır və ən məşhur artistlərin hitləri təqdim olunur, ikinci gün – 90-cı illərin hitləridir, üçüncü gün – 2000-ci illərin hitləridir, dördüncü gün isə ən gənc ifaçılar çıxış edirlər. İndi Azərbaycanı kimin təmsil edəcəyi üzərində düşünürük. Bir çox dünya miqyaslı ulduzlarla danışıqlar gedir. Eləcə də, bu il Türkiyə, Avropa, Qazaxıstan, Amerika və digər ölkələrdən olan müğənnilərin çıxış edəcəyinə ümid bəsləyirəm.

- Sizin konsertləriniz çox zaman xeyriyyə xarakteri daşıyır. Hazırda bu istiqamətdə hansısa iş aparılır?

- İş gedir. Amma mən konsertləri xeyriyyəçilik fəaliyyətindən ayırmaq qərarına gəlmişəm. Mənim xeyriyyə layihələri ilə məşğul olan komandam var. Hesab edirəm ki, bir şeyi başqası ilə birləşdirəndə, ünvanlı yardım alınır. Mən konsertdən əldə etdiyim gəlirlərə bağlı deyiləm. Çünki mənim özümün qazandığım pulların bir hissəsini məmnuniyyətlə hansısa xeyriyyə işlərinə sərf etmək imkanım var. Hesab edirəm ki, istənilən uğurlu adam bununla təkcə tərif və şou xətrinə məşğul olmamalıdır. Həmvətənlərim olan azərbaycanlılara, ruslara və digər millətlərin nümayəndələrinə kömək etmək mənim vətəndaşlıq borcumdur. Mən, harada yaşamasından asılı olmayaraq, hər bir şəxsə kömək etməyə hazıram.

© Sputnik / Murad OrujovAzərbaycanın Xalq artisti Emin Ağalarov
Emin: “Hər bir azərbaycanlı dəstəyimə ümid edə bilər” - Sputnik Azərbaycan
Azərbaycanın Xalq artisti Emin Ağalarov

- Hazırda Rusiya şou-biznesində bir çox azərbaycanlı müğənnilər var. Siz onları dəstəkləyirsiniz?

- Hər bir azərbaycanlı mənim dəstəyimə ümid edə bilər. Həm özüm, həm də mənim “Jara” leyblm bacardığımız köməyi göstərməyə hazırıq.

- Siz yeni ili Amerikada konsert turu ilə başlayacaqsınız. Bu turnedən gözləntiləriniz necədir? Necə düşünürsünüz, siz artıq Amerika şou-biznesində öz yerinizi tuta bilmisiniz?

- Güman edirəm ki, artıq Amerikada hansısa yer tutmuşam. Bunu mənim Nyu-Yorkda, Los-Ancelesdə, Mayamidə və digər şəhərlərdə konsertlərim də sübut edir. Nə zamansa Maykl Cekson və ya Elvis Presli olacağımı düşünmürəm, çünki bu heç bir zaman baş verməyəcək. Mən həmişə hadisələrə real baxmağı sevirəm. Ən əsası odur ki, mənim Amerikada azərbaycanlıların, rusiyalıların, mühacirlərin, amerikalıların və digər millətlərin daxil olduğu auditoriyam var. Heç də hər bir müğənni konsertlə ABŞ-a gedə bilməz. Amma mən bunu bacarıram və bu, mənim üstünlüyümdür. Bunun baş tutduğuna da sevinirəm.

- 2019-cu il üçün hansı planlarınız var?

- Möhtəşəm planlar!

Xəbər lenti
0