BAKI, 14 dekabr – Sputnik. Fransanın Strasburq şəhərindəki Milad yarmarkasında insanlara atəş açan şəxs hüquq-mühafizə orqanları tərəfindən məhv edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mənbələrə istinadən "Franceinfo" məlumat yayıb.
Cinayətkar Şerif Şekatt şəhərin Nodorf rayonu ərazisində aparılan xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib. O, hücum etdiyi yerin yaxınlığında aşkar edilib və atışma zamanı öldürülüb. Onun tapılması üçün 75 polis əməkdaşı cəlb olunub.
Bəzi məlumatlara görə, 29 yaşlı Şekatt İŞİD üzvü olub.
Xatırladaq ki, hadisə dekabrın 11-də axşam saatlarınada baş verib. Əlində avtomat olan kişi “Allahu Əkbər” qışqırıb və insanlara atəş açmağa başlayıb. Olay nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.