Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yerevan Bakıya rəsmi nümayəndə göndərir

© Sputnik / Aram NersesyanErmənistan Bakıda keçiriləcək QDİƏT XİNŞ iclasında təmsil olunacaq
Ermənistan Bakıda keçiriləcək QDİƏT XİNŞ iclasında təmsil olunacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanı iclasda Xarici İşlər Nazirliyinin Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək

BAKI, 13 dekabr — Sputnik. Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında təmsil olunacaq. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Rəsmi Yerevanı iclasda Xarici İşlər Nazirliyinin (XİN) Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın qeyd etdiyi kimi, QDİƏT XİNŞ-nin Bakıda keçiriləcək iclasında iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika, kənd təsərrüfatı da daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq.

Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Politoloq: “Azərbaycan Ermənistanı masa arxasına əyləşdirə bildi”

Qeyd edək ki, DQİƏT 25 iyun 1992-ci ildə İstanbul Bəyannaməsinin imzalanması ilə yaranıb. 5 iyun 1998-ci ildə Yalta şəhərində üzv dövlətlərin dövlət və hökumət başçılarının Yalta Əsasnaməsini imzalamaları ilə (1 may 1999-cu ildə qüvvəyə minib) tam olaraq təşkilat statusunu alıb.

Təşkilatın yaradılması təşəbbüsü Türkiyəyə məxsusdur. Təşkilata Azərbaycan, Albaniya, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Ukrayna, Serbiya daxildir.

1 iyul 2018-ci il tarixindən 31 dekabr 2018-ci il tarixinədək DQİƏT-də sədrlik Azərbaycan Respublikasına keçib.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin Şurasının iclası sabah Bakıda keçiriləcək.

Xəbər lenti
0