CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metrodakı olayla bağlı rəsmi açıqlama verildi

© Sputnik / Murad Orujov"Nizami" stansiyasının vestibülü
Nizami stansiyasının vestibülü - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir

BAKI, 13 dekabr — Sputnik. "Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bu il dekabrın 6-da axşam saatlarında metronun "Nizami" stansiyasında sərnişinlər arasında dava düşməsi, nəticədə bir oğlanın bir qızı vuraraq qatardan platformaya salması barədə məlumatlar yayılıb. Bununla əlaqədar Bakı Şəhər BPİ-nin Metropolitenində Polis Şöbəsində müvafiq araşdırma aparılıb, hadisənin iştirakçısı olan hər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib". Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, araşdırmalarla o da müəyyən olunub ki, Bakı şəhər sakini Əli Məhərrəmov dekabrın 6-da saat 21.50 radələrində metronun "Nizami" stansiyasında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri edərək heç bir əsaslı səbəb olmadan paytaxt sakini Pərvanə Fərmanzadəyə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

"İstintaq zamanı zərərçəkmiş şəxs P.Fərmanzadə və şahidlər dindirilib. Ə.Məhərrəmov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləridavam etdirilir" -  deyə Mansurzadə qeyd edib.

Xəbər lenti
0