BAKI, 13 dekabr — Sputnik. Yasamal Rayon Polis İdarəsi (RPİ)-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək, içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi (BPİ) Cinayət Axtarışı İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.