CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Gənclər Mərkəzinin açılışında iştirak edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Gənclər Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb

BAKI, 13 dekabr — Sputnik. Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin açılışında iştirak edib.

İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - Sputnik Azərbaycan
İlham Əliyev NATO-Rusiya görüşünün Bakıda keçirilməsinin səbəblərini açıqladı

Sputnik Azərbaycan xəbər verir ki, Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb. Parkda yenidənqurma işləri çərçivəsində inşa olunan üçmərtəbəli Gənclər Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Sonra Prezident İlham Əliyev Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

Xəbər lenti
0