Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən videokörpüdə deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini Aydın Mirzəzadə də iştirak edib.
O, bu iki ölkə arasındakı münasibətlərin digər dövlətlər üçün nümunə rolu oynadığını qeyd edib. Deputat həm də Azərbaycan vətəndaşlarının Rusiyada sərbəst və rahat yaşamalarına, özlərini Rusiya vətəndaşı kimi hiss etmələrinə şərait yaradıldığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələrinin yaxşı olması cəmiyyətin sifarişidir.
“Dostluğun sonu və dərinlik dərəcəsi olmur” – A.Mirzəzadə vurğulayıb.