CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nigar Camal ikinci dəfə ərə getməyə hazırlaşır

Abunə olmaq
Nigar Camal ərə getmək niyyətində olduğunu nümayiş etdirərək, orijinal gəlinlik paltarını geyinib

BAKI, 12 dekabr — Sputnik. "Avroviziya 2011"-in qalibi Nigar Camal ərə getmək niyyətində olduğunu nümayiş etdirərək, yoxlamaq üçün orijinal gəlinlik paltarını geyinib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nigar Camal həmin gəlinlik paltarında çəkilmiş şəklini "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

"Toya hazırlıq. Ərə gedəcəm. Səni sevirəm" - yazan müğənni dedi-qodu həvəskarı olan izləyicilərinin diqqətini cəlb edib.

Sosial şəbəkə istifadəçiləri müğənnini bu əlamətdar gün münasibətilə təbrik edib və ona xoşbəxtlik arzulayıblar. Müğənni bu diləklərə hələlik heç bir reaksiya verməyib.

Xatırladaq ki, Nigar Camal 2011-ci ildə Eldar Qasımovla oxuduğu "Running Scared" duetilə "Avroviziya" beynəlxalq vokal yarışının qalibi olandan sonra özünü aktrisa kimi də sınayıb. O, "Kəklikotu" bədii filmində çəkilərək, döyüş sənətində bacarıqlarını nümayiş etdirib.

Müğənni bir dəfə ərdə olub. Onun ilk nikahından iki qızı var. Uşaqlar hazırda Londonda ataları ilə birlikdə yaşayır.

Xəbər lenti
0