BAKI, 12 dekabr — Sputnik. Avstraliya hökuməti Qüdsün İsrail paytaxtı olması barədə qərarı qəbul edib. Bu barədə Sputnik Azərbaycan "NEWSru Israel"-ə istinadən xəbər verir.
Amma Qüdsü paytaxt kimi tanımasına baxmayaraq, rəsmi Kanberra səfirliyi Qüdsə köçürməyəcək, orada konsulluq açacaq.
Səfirliyin Qüdsə köçürülməməsinin səbəbi isə bu addımın baha – 200 milyon dollara başa gəlməsidir.
Qeyd olunur ki, baş nazir Skot Morris məsələni Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edib və bu gün o rəsmi olaraq bu qərarı açıqlayacaq.
Xatırladaq ki, hazırda Qüdsdə ABŞ və Qvatemalanın səfirliyi fəaliyyət göstərir.