Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı sürücülərin Rusiyadakı qanlı davasının detalları ortaya çıxdı

© Sputnik / Anar MustafayevЗастолье, фото из архива
Застолье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda faktla bağlı istintaq davam edir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Uzaq məsafələrə yük avtomobili sürən azərbaycanlıların münasibəti romantik başlasa da, kriminalla başa çatıb. Söhbət Dağıstan Respublikasının Dərbənd şəhərinin Məhərrəmkənd rayonunda Azərbaycan vətəndaşının öldürülməsi faktının incəliklərindən gedir.

Автомобиль скорой медицинской помощи. - Sputnik Azərbaycan
HADİSƏ
Dağıstanda azərbaycanlılar arasında qan tökülüb, ölən var - VİDEO

Adam spirtli içkilərin qurbanı olub. Bu barədə Sputnik Azərbaycan-a Rusiya Federasiyası Dağıstan Respublikasının İstinqat Komitəsindən məlumat verilib.

Sputnik Azərbaycan-ın daha əvvəl verdiyi məlumata görə, Dərbənddə iki Azərbaycan vətəndaşının davası ölümlə nəticələnib. İnsident dekabrın 11-də günorta saatlarında Dərbənd şəhərindəki "Viaduk" gömrük-logistika terminalının ərazisində baş verib. Qətlə yetirilən şəxsin Mingəçevir şəhər sakini Cəfər Cəfərov olduğu bildirilib.

Lakin daha sonra redaksiyamıza hadisə ilə bağlı istintaq orqanlarından dəqiq informasiyalar daxil olub. İstintaq zamanı məlum olub ki, cinayət "Viaduk" gömrük nəzarəti məntəqəsindəki TIR parkında baş verib.

İnsidentdən bir qədər əvvəl yük maşınlarının sürücüləri olan Azərbaycan vətəndaşı, 1970-ci il təvəllüdlü Fərzullayev Sübhan İsgəndər oğlu Rusiya vətəndaşı olan etnik azərbaycanlı, 1968-ci il təvəllüdlü Cəfərov İrcahi Cəfər oğlu ilə yeyib-içib. Onlar xeyli miqdarda spirtli içki qəbul ediblər.

Sərxoş olandan sonra kişilər arasında münaqişə başlayıb. Hadisədən sonra saxlanan Fərzullayevin sözlərinə görə, Cəfərov onu nalayiq söyüşlərlə təhqir edib.

İstintaq materiallarında qeyd olunub ki, münaqişə zamanı Fərzullayev stolun üstündəki bıçağı əlinə alaraq onu təhqir edən şəxsin sinə nahiyəsinə 3 zərbə endirib. Bıçaq zərbəsi alan şəxs hadisə yerindəcə ölüb. Fərzullayev qaçıb gizlənməyə cəhd göstərməyib və cinayətin törədildiyi yerdə saxlanılıb.

Faktla bağlı istintaq davam edir.

Xəbər lenti
0