Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 12 dekabr - Sputnik. “Azərbaycan müstəqil dövlətdir və istədiyi ölkə ilə istədiyi şəkildə münasibətlərini qura bilər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, İNSAMER - İnsani və Sosial Araşdırmalar Mərkəzinin dərc etdiyi "Türkiyə İsrail və Azərbaycan münasibətlərindən narahatdır" adlı başlıqlı məqaləyə münasibət bildirirərkən deyib.
"Azərbaycan heç bir vaxt Türkiyəni narahat etməz. Türkiyə də Azərbaycanı heç vaxt narahat etməz. Bizim münasibətlərimiz qardaşlıq münasibətləridir. Bunlar heç bir şeyə bənzəmir. Bizim münasibətlərimizə zərbə vuracaq heç bir şey ola bilməz" - deyə Özoral vurğulayıb.