BAKI, 12 dekabr — Sputnik. Avropa Parlamentinin (AP) sədri Antonio Tajani ötən gün Fransanın Starsburq şəhərində baş verən terror aktına münasibət bildirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Antonio Tajani "Twitter" sosial şəbəkəsindəki rəsmi profilində bu haqda tvit paylaşıb.
"Biz Avropa Parlamenti olaraq bu günədək terrorçuluğu müdafiə etməmişik. Ötən gün Starsburqda 3 nəfərin ölümünə, 12 nəfərin isə yaralnamasına səbəb olan hadisəyə görə çox məyusuq. İcazə verin, biz də bu istiqamətdə tədbirlərimizi davam etdirək. Azadlıq və demokratiyanın gücü ilə terrorizmə qarşı mübarizə apara biləciyk" – deyə o bildirib.
Xatırladaq ki, ötən gün Fransada terror aktı törədilib. Nəticədə 3 nəfər həlak olub, 12 nəfər yaralanıb. Baş verən hadisədən sonra Makron fövqəladə iclas çağıraraq hökumət təmsilçiləri ilə problemi müzakirə edib.
Terror aktı ilə əlaqədar Fransada matəm elan olunub. Ölkə prezidenti Emmanuel Makron baş verən hadisələrə "Twitter" sosial şəbəkəsi üzərindən də münasibət bildirib. Hadisə qurbanlarının ailəsinə dərin hüznlə başsağlığı verən Makron qeyd edib ki, matəmlə əlaqədar ölkədə bayraqlar yarıyadək endiriləcək. Prezident, həmçinin vətəndaşları həmrəy olmağa səsləyib.