ELM

Mehdi Hüseynzadənin şəxsi əşyaları nümayiş olunacaq

© Sputnik / Murad OrujovМехти Гусейн-заде, советский лейтенант, югославский партизан и разведчик
Мехти Гусейн-заде, советский лейтенант, югославский партизан и разведчик - Sputnik Azərbaycan
Abunə olmaq
"Mixaylo, qəhrəmanlığını qürurla anırıq" adlı tədbir keçiriləcək

BAKI, 12 dekabr — Sputnik. İkinci Dünya Müharibəsinin qəhrəmanının anım mərasimi olacaq. Sputnik Azərbaycan-a Milli Azərbaycan Tarixi Muzeyindən daxil olan məlumata görə, dekabrın 14-ündə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yubileyi qeyd olunacaq. Qəhrəmanın 100 illiyi ilə bağlı "Mixaylo, qəhrəmanlığını qürurla anırıq" adlanan yubiley mərasimində, həmçinin Azərbaycanın hərb sənətinə həsr edilən nəşrlər də nümayiş olunacaq. Bununla yanaşı yubley mərasimində Mehdi Hüseynzadənin muzeyin zəngin fondlarında mühafizə olunan şəxsi əşyaları da tədbir iştirakçılarına təqdim olunacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu ilin 23 iyununda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

1918-ci ilin 22 dekabrında Bakının Novxanı kəndindı dünyaya göz açan Mehdi Hüseynzadə 1941-1945-ci illərdə faşizmə qarşı apardığı uğurlu döyüş əməliyyatlarına görə şöhrət qazanmışdı.

Xəbər lenti
0