BAKI, 12 dekabr - Sputnik. Məmmədov və Əliyev soyadları Gürcüstanda ən çox yayılmış soyadların onluğunda yer alıb.
“Report”un verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi məlumat yayıb.
Gürcüstanda Məmmədov soyadını 28 358 nəfər, Əliyev soyadını isə 19 327 nəfər daşıyır. Məmmədov soyadı siyahıda 2-ci, Əliyev soyadı isə 3-cü yer tutub. Birinci yerdə isə 29 173 nəfərin daşıdığı Beridze soyadıdır.
Qonşu ölkədə ən çox yayılmış adların da onluğu tərtib olunub. Siyahıya əsasən, qadınlar arasında Nino (135,1 min nəfərdən çox), kişilər arasında isə Georgi (192 mindən çox) adı daha populyardır.