BAKI, 11 dekabr — Sputnik. Amerikanın “Time” jurnalı ilin adamı nominasiyasının qalibinin adını açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, ilin adamı nominasiyasında öz baxışlarına və həqiqət axtarışlarına görə ümumi “The Guardians” adı altında birləşdirilən jurnalistlər layiq görülüb. Siyahıya isə qətlə yetirilən jurnalist Camal Qaşıqmı başçılıq edir.
“Time” jurnalının baş redaktoru Eduard Fersental ilk dəfədir dünyasını dəyişən şəxsi belə fəxri ada layiq gördüklərini vurğulayıb. Əslində, “Time” amansızlıqla öldürülən müxalif jurnalistin timsalında bütövlüklə qələm əhlinin, bu çətin peşənin daşıyıcılarının əməyinə yüksək qiymət verməyi qarşıya məqsəd qoyub.
Həmin ada namizədlərin hələ ötən gün elan edilən qısa siyahısına həmçinin ABŞ və Rusiya prezidentləri - Donald Trampla Vladimir Putin, hersoqinya Meqan Markl da daxil ediliblər.
Xatırladaq ki, “The Washington Post”un əməkdaşı olmuş Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında qətlə yetirilmişdi, onun meyiti hələ də tapılmayıb.