Həcc ziyarəti hazırlıqlarına başlanıldı

© AFP 2023 / MOHAMMED AL-SHAIKHМусульманские паломники в Каабе. Архивное фото
Мусульманские паломники в Каабе. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanınına gələn qonaqlara daha yüksək xidmətin göstərilməsi, onların rahatlıqla ibadət etməsi üçün şəraitin yaradılması məsələləri müzakirə edilib

BAKI, 11 dekabr — Sputnik. Türkiyə və Səudiyyə Ərəbistanının arasında həcc ziyarətlərinə hazırlıq məsələləri müzakirə edilib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının həcc və ümrə məsələləri üzrə naziri Məhəmməd Salih bin Tahir Benten ilə Türkiyənin dini işlər üzrə naziri Əli Erbaş arasında görüş olub. Səudiyyə Ərəbistanının rəsmi agentliyi olan SPA-da yer alan xəbərə görə, Benten həcc ziyarəti ilə əlaqədar Türkiyə, İndoneziya və İranın nümayəndələrini ayrı-ayrılıqda qəbul edib. Görüşdə növbəti həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn qonaqlara daha yüksək xidmətin göstərilməsi, onların rahatlıqla ibadət etməsini təmin etmək məqsədi ilə şəraitin yaradılması məsələləri müzakirə edilib.

Xatırladaq ki, ötən ilin rəsmi statistikasına görə, 2 milyon 371 min nəfər həcc ziyarətinə gedib.

Xəbər lenti
0