Ermənistanda həbs olunan FETÖ-çü ABŞ-a ekstradisiya edilib

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, Konqress üzvlərinin Azərbaycana səfərinin maliyyə mənbəyini gizlətdiyini etiraf edib

BAKI, 11 dekabr — Sputnik. Ermənistanda həbs olunan FETÖ üzvü Kamal Öksüz ABŞ-a ekstradisiya edilib və ona qarşı irəli sürülən ittihamları qəbul edib. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi yazılı açıqlama yayıb.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, Kamal Öksüz Konqresə yalan məlumatlar verib və ona qarşı ittihamnamə hazırlanıb. Avqust ayında Ermənistanda həbs olunan Öksüz ABŞ-a ekstradisiya edilib.

Ədliyyə Nazirliyinin açıqlamasına görə, Öksüz 2013-cü ildə bir sıra Konqres üzvlərinin Azərbaycana səfərinin maliyyələşdirilməsi ilə bağlı qanunları pozmaqda ittiham edilir. Açıqlamada deyilir ki, Öksüz Ermənistandan ABŞ-a ekstradisiya edildikdən sonra Konqress üzvlərinin Azərbaycana səfərinin maliyyə mənbəyini gizlətdiyini etiraf edib. O, məsələ ilə bağlı Konqressin Etika Komitəsinə yalan məlumatlar verdiyini də qəbul edib.

МИД Турции - Sputnik Azərbaycan
Böyük Britaniya FETÖ ilə bağlı tələbi rədd etdi

Qeyd olunur ki, Konqres üzvlərinin Azərbaycana səfəri SOCAR tərəfindən maliyyələşdirilib. Amma Öksüz yalan danışaraq xarici mənbələrdən hər hansı vəsait almadığını söyləyib. O, 11 fevral 2019-cu ildə paytaxt Vaşinqtonda hakim qarşısına çıxacaq.

ABŞ-da gəlir məqsədi güdməyən təşkilatlar Konqress üzvlərinin səfərlərini maliyyələşdirə bilirlər. Ancaq səfər xərclərinin mənbəyinin doğru olaraq rəsmiləşdirilməsi lazımdır.

Qeyd edək ki, Öksüz ABŞ-ın ekstradisiya tələbi nəticəsində Ermənistanda tutulub. Türkiyə polisi də məsələnin diqqətdə saxlanıldığını açıqlamışdı.

Türkiyənin "Anadolu" agentliyi Öksüzün Virciniya ştatının Arlinqton şəhərində, bazar dəyəri 1,7 milyon dollar olan evinin görüntülərini paylaşmışdı.

Xəbər lenti
0