Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Əlil Qadınlar Cəmiyyəti hesabat verdi

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Решение проблем женщин-инвалидов в Азербайджане"
Пресс-конференция на тему Решение проблем женщин-инвалидов в Азербайджане - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, ƏQC yarandığı vaxtdan bəri çox böyük işlər görüb

BAKI, 11 dekabr — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013-2018-ci illərə olan hesabat-seçki konfransı keçirilib. Hesabatı təqdim edən Cəmiyyətin sədri Məhluqə Rəhimova görülən işlər barədə ətraflı məlumat verib.

Sputnik Azərbaycan mətbuat mərkəzi - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Fiziki imkanları məhdud olan qadınlar: Onların dərdinə necə əlac etməli

O bildirib ki, ƏQC yarandığı vaxtdan bəri çox böyük işlər görüb. Görülən işlərin nəticəsi olaraq yüzlərlə qadın cəmiyyətin həyatında aktiv rol oynamağa başlayıb. Regionlarda əlillərə göstərilən qayğılar nəticəsində onlar müxtəlif təlimlərə cəlb olunub. Yeni regional mərkəzlər tikilib.

ƏQC dünyanın müxtəlif ölkələrində mövcud təcrübələrdən faydalanaraq onların ölkəmizdə tətbiqi üçün Azərbaycan dövlətiylə birgə fəaliyyət mexanizmi yaradıb. Müxtəlif bölgələrdə icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb. Görülən işlərin nəticəsi olaraq bu mərkəzlərin xidmətlərindən yararlanan şəxslər bir müddət sonra cəmiyyətə inteqrasiya olunub.

"Görülən işlərdən belə nəticəyə gəldik ki, əlil qadınların əmək fəaliyyətinı cəlb olunması üçün işlər həyata keçirək. Bölgələrdəki xanımlara kiçik bizneslərin qurulması üçün təlimlər keçdik. Artıq bölgələrdə qadınlar məşğulluğunun təmin olunması üçün görülən işlər faydalı nəticələrini ortaya qoymağı bacardılar" - Məhluqə Rəhimova qeyd edib.

Xəbər lenti
0