Əlillik, sözsüz ki, cəza deyil, amma insan üçün verilməsi çətin olan ağır imtahandır. Əlilliyi olan insanlar adətən deyirlər ki, imkanları məhdud olan adam yoxdur, sadəcə, onun imkanları məhdud olan ətrafı var.
Hər il dekabrın 3-də BMT-nin qərarı ilə Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini fiziki imkanları məhdud olan insanların problemlərinə yönəltməkdir.
Azərbaycanda fiziki imkanları məhdud olan insanların problemlərinin necə həll olunduğu barədə dekabrın 11-də saat 11:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Fiziki imkanları məhdud olan qadınların problemlərinin həlli" mövzusunda keçiriləcək mətbuat konfransında Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) sədri Məhluqə Rəhimova danışacaq.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi