CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai nəqliyyatdakı problemləri necə həll edək - ekspert çıxış yolları təklif edir

Abunə olmaq
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, sürücülərin peşə qabiliyyətlərinin inkişaf etdirilməsinə ehtiyac var
Azər Allahverənov: “Peşəkar sürücü hazırlığına diqqət yetirilməlidir”

“İctimai nəqliyyatda baş verən qəzalar sürücülərin səhvi ucbatından baş verir”. Bunu Sputnik Azərbaycan-a ictimai nəqliyyatda baş verən qəzaların səbəbləri haqqında danışarkən Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib.

Ekspert bildirib ki, qəzalar əsasən istənilən texniki tələblərə cavab verməyən avtobuslarda baş verir: “Mövcud problemlərin aradan qaldırılması üçün bir sıra işlər görülməlidir. İlk növbədə avtobuslar yüksək sürətlə idarə etmənin qarşısını alan cihazlarla təmin edilməlidir. Digər vacib məsələ isə sürcü peşəkarlığıdır. Zaman-zaman sürücülərin peşə qabiliyyətlərinin inkişaf etdirilməsinə ehtiyac var. Bakıda 40-dan çox şirkət sərnişin daşıma fəaliyyəti ilə məşğuldur. Bu şirkətlərin sadəcə onunun istehsalat bazası mövcuddur. Hətta bundan da az sayda şirkətin təlim-tədris mərkəzi var. Sürücü hazırlığı ilə bağlı proqramların daha geniş formada təşviqinə ehtiyac var. Peşəkar sürücü hazırlığına daha çox diqqət yetirilməlidir”.

Qeyd edək ki, ötən həftə Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində, qəsəbə sakini 1990-cı il təvəllüdlü Mübariz Kərimov idarə etdiyi “Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı, 8-i məktəbli olmaqla, ümumilikdə içərisində 10 nəfər sərnişinin olduğu mikroavtobusu hasara çırpılıb.

Azər Allahverənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0