BAKI, 11 dekabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun müvafiq əmri ilə "Gənclik" metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb. Bu barədə Sputnik Azırbaycan-a BŞİH –in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.
O, qeyd edib ki, park yenidən qurulur: "Park böyük şəxsiyyətin adını daşıyır. Lakin parkdakı bu günki şərait BŞİH-i qane etmir. Bu səbəbdən də yeni layihə hazırlanır. Yeni layihə hazırlanıb, təsdiq olunana qədər parkda təmizləmə işləri görülür. Müvəqqəti obyektlər sökülür. Rekanstruksiya aparılmasına hazırlıq gedir".
Qeyd edək ki, əsas istirahət güşələrinin, uşaqlar üçün oyun yerlərinin bərpa ediləcəyi gözlənilir.