Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Otello" sindromu - Qısqanclıq və dəlilik xəstəliyi

Abunə olmaq
Sevgilisindən səbəbsiz yerə davamlı şəkildə şübhələnənlər Otello sindromundan əziyyət çəkir

BAKI, 11 dekabr — Sputnik. Qısqanclıq hər zaman heç də sevginin əlaməti olmur. Bəzən həddindən artıq qısqanclıq ciddi psixoloji xəstəliyin əlaməti olur. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, psixoloq Mahir Yeşildal bir çox hallarda faciələrə səbəb olan Otello sindromu haqda danışıb. O bildirib ki, əslində bir çox kişilərin, sənə inansam da, ətrafındakılara etibar etmirəm deməsi əslində həmin şəxsin partnyoruna da inanmadığını göstərir.

"Belə şəxslər sosial şəbəkələr üzərindən də davamlı olaraq sevgililərini təqib edirlər. Bəzən isə gərək olmadan da problemlərə, davalara səbəbkar olurlar. Məsələn, sevgilisinin bir neçə dəfə görüşə gecikməsi, üzərində qısa bir telin olması, yaxud da zənglərə gec cavab verməsi münaqişələrə səbəb olur. Bu tip münaqişələr də Otello sindromunun bir əlamətidir. Bu sindroma görə, qadının sosial şəbəkədə bir kişinin şəklini bəyənməsi dəlilikdir" – deyə psixoloq bildirib.

Xəbər lenti
0