Sabaha gözlənilən xəbər açıqlandı

© Sputnik / Murad OrujovЖители столицы на Приморском бульваре в Баку
Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək

BAKI, 10 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Облачная погода в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, dekabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.

 

Xəbər lenti
0