CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt süpürgəçilərindən çağırış: "Çörəyimizə bais olmayın"

© Sputnik / Irade JELILBakıda süpürgəçilər və Sputnik Azərbaycanın əməkdaşı İradə Cəlil
Bakıda süpürgəçilər və Sputnik Azərbaycanın əməkdaşı İradə Cəlil - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar zarafatla deyirlər ki, "zibil bərəkətdir" və qənaətlərincə, zibil olmasa, çörək qazana bilməzlər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Son zamanlar avtomobil yollarında süpürgəçilərin ölümü ilə nəticələnən qəzalar ictimaiyyətin diqqətini bu peşə sahiblərinə yönəldib. Hər dəfə süpürgəçilərlə bağlı faciə yaşananda sosial şəbəkə istifadəçiləri onlarla bağlı müxtəlif fikirlər bildirirlər.

Kimi süpürgəçilərə acıdığını yazır, kimi onların əməyinin istismar edildiyini deyir, kimi isə süpürgəçiliyin təqdirəlayiq və şərəfli bir iş olduğunu qeyd edir. Süpürgəçiləri zamanında yaxşı təhsil almadıqlarına, daha prestijli peşələrə yiyələnmədiklərinə görə qınayanlar da olur.

© Sputnik / Irade JELILXətai rayonu ərazisində süpürgəçi xanımlar
Paytaxt süpürgəçilərindən çağırış: Çörəyimizə bais olmayın - Sputnik Azərbaycan
Xətai rayonu ərazisində süpürgəçi xanımlar

Görəsən süpürgəçilərin özləri seçdikləri peşələri, həyatları, dolanışıqları barədə nə fikirdədirlər? Sputnik Azərbaycan-nın əməkdaşı bu suallara cavab almaq üçün Xətai rayonunun ərazisindəki müxtəlif Mənzil Kommunal İstismar Sahələrində (MKİS) çalışan süpürgəçilərlə həmsöhbət olub.

Sona Mustafayeva uzun illərdir Xətai rayonu ərazisində yaşayır. Əslən Kürdəmir rayonundan olan bu qadın 1995-ci ildə Bakıya köçüb. Dediyinə görə, ailə həyatı uğursuz alınıb. Bir övladı dünyaya gəldikdən sonra həyat yoldaşından ayrılıb. Rayonda qala bilməyən qadın övladını da götürərək paytaxta gəlib. Bir müddət müxtəlif yerlərdə çalışan Sona xanım 3 ildir ki, Xətai rayonu ərazisində süpürgəçi işləyir.

O, əmək haqqından da, işindən də razıdır: "Səhər-axşam küçələri təmizləyib, öz halal zəhmətimlə pul qazanıram. 350 manatdan çox maaş alıram. Şükür olsun, övladımı da oxuduram, kirayə pulunu da verə bilirəm. Ac qalmırıq".

Dediyinə görə, bəzən sürücülərlə problemlər yaşayırlar: "Biz əziyyət çəkirik, onlar isə küçələri zibilləyirlər. Sürücülərin də müxtəlif xarakteri var. Bəzisi yol verir, bəzisi başımıza qışqırır. Ancaq biz onları da başa düşməyə çalışırıq".

Digər süpürgəçi Gülnarə Hüseynova 20 ildən artıqdır ki, bu işdə çalışır. Dediyinə görə, 30 yaşı olanda həyat yoldaşı dünyasını dəyişib. O da heç kimə möhtac olmamaq üçün işləməyə başlayıb: "Özüm Biləcəridə yaşayıram, üç övladım var. Yoldaşım avtomobil qəzasında öləndən sonra uşaqlarımı da götürüb kirayədə yaşamağa başladım. Bu həyatıma şükür edirəm. Balalarımı halal zəhmətimlə böyütmüşəm. Hamısını da evləndirmişəm. Əmək haqqım yaxşıdır. Həm də dövlət işidir".

Süpürgəçi qadın işlərinin səhər saat 7.00-də başlayıb günorta 16.00-da bitdiyin bildirir. Bu işin müqabilində aldığı 350 manat əmək haqqının onu qane etdiyini deyir. İş yerindən onlara mövsümə uyğun geyimlərin verildiyini vurğulayan qadın onu da əlavə edir ki, işlədikləri qurumun rəhbərliyi işçilərin problemlərinə biganə yanaşmır.

© Sputnik / Irade JELILSüpürgəçi qadınların işləri səhər saat 7.00-də başlayıb günorta 16.00-da bitir
Paytaxt süpürgəçilərindən çağırış: Çörəyimizə bais olmayın - Sputnik Azərbaycan
Süpürgəçi qadınların işləri səhər saat 7.00-də başlayıb günorta 16.00-da bitir

G.Hüseynovanın sözlərinə görə, işlərinə ancaq yollardakı tıxac mane olur.

Süpürgəçilər arasında kişilər də çalışır. Məsələn, həmsöhbətimiz Pərvin İsmayılovun 27 yaşı var. Əslən Şabran rayonundan olan bu gəncin ailə həyatı uğursuz alınıb: "2011-ci ildə sevərək ailə həyatı qurmuşdum. Bir qızım, bir oğlum var. Qızım 4, oğlum 2 yaşındadır. Bu ilin aprel ayında ayrılmışıq".

Üç ilə yaxındır Xətai rayonu ərazisində işləyən Pərvin Bakıda kirayə yaşayır. Əvvəl ailəsi də onunla yaşasa da, sonradan onu tərk edib: "Müdiriyyət şərait yaradır, əmək haqqım yaxşıdır. Balalarım üçün hər şey alıb aparıram ki, onları görüm, amma görə bilmirəm. Hər dəfə bir bəhanə gətirib, uşaqlarımı mənə göstərmirlər. Uşaqlarımı görə bilmədiyim üçün həyatdan bezmişəm".

Pərvin yollarda sürücülərlə heç bir problem yaşamadığını da qeyd edir: "Hər gün işə gələndə bizi təlimatlandırırlar. Yollarda necə davranacağımızı bilirik. Ehtiyatı əldən vermirik. Buna görə də heç bir problem yaşamırıq".

Süpürgəçi Elmira xanımın 45 yaşı var. Dediyinə görə, 23 ildir süpürgəçiliklə məşğuldur və işindən razıdır: "Dövlət işidir, hər ay əmək haqqımı vaxtında alıram, sığortamız var, hər mövsümdə geyim verirlər".

Rahilə xanım isə əslən Qazax rayonundandır. Uzun illər Rusiyada yaşayıblar, sonradan Qazaxa qayıdıblar. Ancaq rayonda dolana bilmədiklərinə görə 7 il öncə Bakıya köçüblər: "15 il Rusiyada yaşamışam. Sonra Qazaxa qayıtdım. Elə həmin il Bakıya köçdük. Burada kirayədə qalsaq da, işimiz olduğu üçün maddi çətinliyimiz olmur".

"Yollarda sürücülər bizə çox hörmət edirlər. Bəzən yolun kənarında dayanıram. Sürücülər saxlayır, yol verirlər. Yollarda bizim xələtə böyük hörmət var. Xələtimiz bizim üçün yaşıl işıqdır" – deyir süpürgəçi qadın.

© Sputnik / Irade JELILBakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar - Sputnik Azərbaycan
1/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
© Sputnik / Irade JELILBakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar - Sputnik Azərbaycan
2/8

3/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
© Sputnik / Irade JELILBakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar və İradə Cəlil
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar və İradə Cəlil - Sputnik Azərbaycan
4/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar və İradə Cəlil
© Sputnik / Irade JELILBakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanım və İradə Cəlil (solda)
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanım və İradə Cəlil (solda) - Sputnik Azərbaycan
5/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanım və İradə Cəlil (solda)
© Sputnik / Irade JELILBakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar - Sputnik Azərbaycan
6/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
© Sputnik / Irade JELILBakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar - Sputnik Azərbaycan
7/8

8/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
1/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
2/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
3/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
4/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar və İradə Cəlil
5/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanım və İradə Cəlil (solda)
6/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
7/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar
8/8
Bakının Xətai rayonu ərazisində süpürgəçilik edən xanımlar

Söhbətləşdiyimiz süpürgəçilər zarafatla deyirlər ki, "zibil bərəkətdir". Düşünürlər ki, zibil olmasa, çörək qazana bilməzlər. İllərini bu işə sərf edənlər işlərindən, həyatlarından, dolanışıqlarından narazı deyillər. Hətta deyirlər ki, bu iş olmasa, yaşaya bilməzlər.

Səhərlər yuxudan durub işə getmək, təmiz hava almaq, işləmək onları yaşamağa həvəsləndirir. Çörəklərini halal yolla qazandıqları üçün yaşayışlarından şikayətçi deyillər. Narazılıqları isə, ancaq yollarda onlara diqqət yetirməyən, yol verməyən, avtomobildən bayıra zibil atan sürücülərdəndir. Ancaq onları da qınamırlar.

© Sputnik / Irade JELILSöhbətləşdiyimiz süpürgəçilər düşünürlər ki, zibil olmasa, çörək qazana bilməzlər
Paytaxt süpürgəçilərindən çağırış: Çörəyimizə bais olmayın - Sputnik Azərbaycan
Söhbətləşdiyimiz süpürgəçilər düşünürlər ki, zibil olmasa, çörək qazana bilməzlər

Onlar öz taleləri ilə barışıblar. Mətbuatda və sosial şəbəkələrdə barələrində yazılanlara, yəni əl əməyini xüsusi texnikalarla əvəzləmək təkliflərinə də etiraz edirlər. Bildirirlər ki, belə söhbətlər onların çörəyini əlindən almaq deməkdir. Hətta gördükləri işlə fəxr edirlər: "Süpürgəçilik şərəfdir, halallıqdır. Biz bununla fəxr edirik!"

Xəbər lenti
0