BAKI, 10 dekabr — Sputnik. Konyada Ereğli ilçəsində kütləvi zəhərlənmə baş verib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, İvriz Sosial Elimlər Liseyində 360 tələbə oxuyur. Bu tələbələrdən çoxu liseydə qalaraq təhsil alır.
Bir neçə gün əvvəl səhər saatlarında tələbələrdən çoxunda mədə bulantısı, qusma halları baş verib. Nəticədə bir neçə tələbə xəstəxanaya aparılıb. Xəstələrə ilkin tibbi yardım göstərilib. Məlum olub ki, tələbələr həmin günü mərci, plov yeyiblər. Onlar qidadan zəhərləniblər.