Dünyanın aparıcı şirkətlərinin rəhbəri yenidən sorğu-sual edilə bilər

© REUTERS / Philippe WojazerKarlos Qon
Karlos Qon - Sputnik Azərbaycan
Abunə olmaq
"Nissan Motors"un rəhbəri haqda yeni ittihamlar irəli sürülüb

BAKI, 10 dekabr — Sputnik. "Nissan Motors" və "Renault"un rəhbəri Karlos Qon haqqında irəli sürülən yeni ittihamlara görə, o 20 gün ərzində yenidən sorğu-sual edilə bilər. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, bu haqda Yaponiya mediasında məlumat yayılıb. Yaponiya məhkəməsinin yeni ittihamlarına görə, şirkət rəhbəri maliyyə hesabatlarında olan pozğunluğa və aktivləri öz xeyrinə istifadə etməsinə görə yenidən sorğu-sual edilərək edilə bilər. Yaponiya mediasının məlumatına görə, yeni ittihamlara görə sorğu-sual müddəti 20 gün ola bilər. Qeyd edək ki,

"Renault-Nissan" ittifaqının qurucusu olan Karlos Qon idarə etdiyi bu alyansa 2016-cı ildə "Mitsubushi"ni də əlavə edib.

Qeyd edək ki, bu ilin noyabrında həbs edilən Karlos Qonun rəhbəri olduğu "Nissan motors"un "Mitsubushi" şirkətindəki aktivləri 34 faiz təşkil edir.

Xəbər lenti
0